Eşli Yanqla müqavilə uzadıldı

Eşli Yanqla müqavilə uzadıldı
XƏBƏR 4 İyul 2022 / 17:45 2280
-  A +

İngiltərənin “Aston Villa” klubu futbolçusu Eşli Yanqla yeni müqavilə imzalayıb.

Qol.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2022/23 mövsümünün sonuna qədərdir.

36 yaşlı futbolçu 2021-ci ilin iyulunda “Aston Villa”ya qayıdıb. Bundan əvvəl o, 2007-ci ilin yanvarından 2011-ci ilin iyuluna kimi bu komandada çıxış edib.

İngiltərə millisinin sabiq üzvü 2021/22 mövsümündə “Aston Villa”da 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner