Jezniçak: "Lex" "Qarabağ"dan qorxa bilməz"

Jezniçak: "Lex" "Qarabağ"dan qorxa bilməz"
XƏBƏR 4 İyul 2022 / 15:16 5185
-  A +

"Qarabağ"ın polşalı sabiq futbolçusu Yakub Jezniak Ağdam təmsilçisinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah "Lex"lə (Poznan, Polşa) keçirəcəyi ilk matç barədə danışıb. 

Qol.az xəbər verir ki, hazırda "Visla"da (Plok, Polşa) çıxış edən 36 yaşlı müdafiəçi meczyki.pl-a açıqlamasında "Qarabağ"ın çətin rəqib olduğunu deyib: 

"Düşünürəm ki, püşkatmada "Lex"ə potensial rəqiblərdən ən çətini düşdü. Fikirləşirəm ki, komandanın bəxti gətirməyib. Daha münasib rəqib düşə bilərdi. "Lex"i bu ilk turda çox çətin bir yol gözləyir. Amma "Lex" Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasının qrup mərhələsində oynamaq haqda düşünürsə, "Qarabağ" kimi komandadan qorxa bilməz".

Qeyd edək ki, sabah Polşadakı “Poznan” stadionunda keçiriləcək “Lex” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İyulun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da oynayıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner