Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki "Olimpiya" (Lyublyana) klubundan istefaya göndərilib.
Qol.az xəbər verir ki, bu barədə Sloveniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 53 yaşlı məşqçi komandasının Konfrans Liqasındakı oyununa 6 gün qalmış qovulub. Onunla birlikdə idman direktoru Mladen Rudonja da klubu tərk edib.
Sloveniya mətbuat xorvatiyalı mütəxəssisin klub rəhbərliyi ilə yola getmədiyini yazıb. Robert Prosineçki 3 ay əvvəl "Olimpiya"nın baş məşqçisi təyin edilmişdi və onunla 1.5 illik müqavilə imzalanmışdı.
Klub prezidenti Adam Delius keçirdiyi mətbuat konfransında Prosineçkinin bəzi futbolçuların alınmayacağı təqdirdə vəzifəsindən gedəcəyini dediyini, U-16 və U-17 komandalarının ən yaxşı oyunçularını belə tanımadığını bildirib.
Prosineçki isə azarkeşlərin də iştirak etdiyi mətbuat konfransında klub rəhbərliyini fırıldaqçılıqda ittiham edib: "Mən çox yerdə işləmişəm. Ancaq heç vaxt belə yalançı və fırıldaqçıları görməmişəm. Belə adamların klub idarə etməsi absurddur".
Sloveniya mətbuatı Prosineçkinin qovulmasının bir səbəbini də onun içki aludəçisi olmasına bağlayıb. Xorvat mütəxəssisin təlim-məşq toplanışı zamanı səhərə kimi spirtli içki içdiyi, siqaret çəkdiyi, kart oyunları oynadığı və komandanı vaxtında məşqə çıxarmadığı iddia edilib.
Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu