"Sabah" 1-ci diviziondan imtina etdi

"Sabah" 1-ci diviziondan imtina etdi
XƏBƏR 2 İyul 2022 / 14:42 4213
-  A +

"Sabah"ın əvəzedici komandası 2022/2023 mövsümündə birinci divizionda iştirak etməyəcək.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. O bildirib ki, əvəzedici komandanın bir neçə üzvü icarəyə verildiyi üçün heyətdə çatışmazlıqlar yaranıb. Bu səbəbdən sözügedən qərar verilib. Klub rəsmisi divizionda imtina ilə bağlı qərarın 2022/2023 mövsümü üçün nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, "Sabah-2" ötən mövsüm 1-ci divizionu 39 xalla 4-cü pillədə tamamlayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

topaz banner