Krivotsyukun komandasından 1 məğlubiyyət, 1 qələbə

Krivotsyukun komandasından 1 məğlubiyyət, 1 qələbə
XƏBƏR 1 İyul 2022 / 22:37 1239
-  A +

Millimizin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşa “Visla”sı (Plotsk) növbəti yoxlama oyunları keçirib. 

Qol.az xəbər verir ki, komanda ölkənin digər klubu "Rakuv"u ilə iki dəfə qarşılaşıb. İlk matçda "Visla" 0:3 hesabı ilə uduzub. Anton həmin görüşdə 70-ci dəqiqədə meydana daxil olub.

İkinci oyunda isə "Visla" 3:0 hesabı ilə qalib gəlib. Millimizin üzvü 2-ci qarşılaşmada oynamayıb.


Son xəbərlər