Xəbər verdiyimiz kimi, 2 gün əvvəl Gənclər və İdman Nazirliyinin qərarı ilə Azərbaycanda daha 3 qurumun federasiya statusu dayandırılıb. Bunlar “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB, “Azərbaycan Peşəkar Boks Federasiyası” İB-dir. Nəticədə son bir neçə ayda 25 İB-nin federasiya statusu dayandırılmış olub.
Bu addımın hansı zərurətdən yarandığına cavab tapmaq üçün Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevlə əlaqə saxladıq. O, Qol.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Nazirlər Kabinetinin qərarı ilə universal döyüş idman növü xidməti tətbiqi idman növü hesab olunur. Lakin bu baxımdan həvəskar universal döyüş idman növünün ayrıca olaraq tanınması məqsədəuyğun deyil. Xidməti-tətbiqi idman növləri üçün olmasına baxmayaraq, "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə riayət olunmalıdır. "Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası" İB-nin "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun 11.2.2 və 11.2.4-cü maddələrinin tələblərinə cavab vermədiyindən və fəaliyyətində yaranan nöqsanlar barədə nazirliyə çoxsaylı şikayətlər daxil olduğundan federasiya statusu dayandırılıb.
"Azərbaycan Peşəkar Boks Federasiyası" İB-nin fəaliyyəti "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş meyarlara cavab vermədiyi üçün respublika idman federasiyası olaraq fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Lakin təşkilat olaraq, öz fəaliyyətini davam etdirə bilər”.
Qabil Mehdiyev onu da qeyd edib ki, bu prosesin davam edəcəyi gözlənilir.
Nur Zeynalova
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu