AMF və Azfar Group un dəstəyilə mərhum jurnalist Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan oyun keçirilib.
Qol.az xəbər verir ki, xatirə matçında E.Əşrəfoğlunun uzun illər kapitanı olduğu AZTV-nin “Telefortuna” və onun azarkeşi olduğu və çalışdığı “Neftçi” komandasının veteran futbolçuları üz-üzə gəlib. Qarşılaşmadan əvvəl görüş iştirakçıları Elnur Əşrəfoğluyla bağlı xatirələrini bölüşüblər.
Tərlan Əhmədov: “Əvvəlcə bu tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Elnurla iki ildən artıq “Neftçi”də çalışmışıq. Olduqca maraqlı xatirələrimiz var. Onun haqqında keçmiş zamanda danışmaq mənə çox çətindir. Peşəkar, səmimi və ən əsası yaxşı insan idi. Allah rəhmət eləsin”
Yunis Hüseynov: “Mən hələ “Karvan” komandasında işləyəndə Elnur Əşrəfoğlu ilə gözəl münasibətimiz yaranmışdı. Futbolu yaxşı bilən və ona azarkeşlik edən biri idi. Dəfələrlə xarici səfərlərdə olmuşduq və onunla ünsiyyət qurmaq çox maraqlı idi. Onu hər zaman zarafatçıl və mehriban insan kimi xatırlayacağam. Həqiqətən ölkə idmanı və jurnalistikası üçün böyük itkidir”.
Rəşad Əşrəfoğlu: “Qardaşımın xatirə oyununa bu qədər tanınmış simanın qatılması qürurvericidir. Bu, Elnur Əşrəfoğlunun fəaliyyətinə və onun bu illər ərzində qazandığı hörmətə verilən qiymətdir. Fürsətdən istifadə edib tədbiri təşkil edən Azərbaycan Minifutbol Federasiyasına və “Azfar Group” şirkətinin rəhbərliyinə ailəmiz adından dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, qarşılaşma 6:6 hesabı ilə yekunlaşıb.



PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu