İtaliya Futbol Federasiyası ölkənin 1-ci liqası A seriyası ilə bağlı yeni qərarlar qəbul edib.
Qol.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Yeni qərara əsasən, növbəti mövsümdən etibarən yarışın sonunda 1-ci və 2-ci yerlərdə qərarlaşan komandalar eyni xala malik olarsa, çempionu müəyyənləşdirmək üçün pley-off matçı oynanılacaq.
Həmin görüşün sonunda komandalardan biri qələbə qazanmasa, penaltilər seriyası olacaq.
Həmçinin federasiya koronavirus pandemiyası dövründə verilən 5 əvəzetmə qərarını da qüvvədə saxlayıb. Bundan əlavə, oyunlar zamanı əlavə vaxta ehtiyac duyularsa, komandalar 6-cı əvəzetməni də reallaşdıra bilərlər.
Qeyd edək ki, İtaliya A seriyasının son çempionu "Milan"dır. Stefano Piolinin komandası 2021/22 mövsümünün sonunda ən yaxın izləyicisi "İnter"i 2 xal qabaqlayıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik