"Barselona"nın prezidenti Joan Laporta "Bavariya"nın futbolçusu Robert Levandovskiyə zəng vurub.
Qol.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Laporta ötən həftə 33 yaşlı hücumçu və onun meneceri Pini Zahavi ilə danışıb. Klub rəsmisi onları futbolçunun "Barselona"ya transferini təmin etmək üçün əlindən gələni edəcəyinə inandırıb. Həmçinin, Kataloniya təmsilçisinin prezidenti Levandovski və Zahavidən səbirli olmalarını istəyib.
Laporta yenidən Levandovskiyə onun "Barselona"nın yay üçün əsas hədəfi olduğunu bildirib. Robert Laporta cavab olaraq deyib ki, müqavilənin iyulun 12-nə qədər bağlanmasını istəyir. Bu, baş verərsə, o, "Bavariya" ilə mövsümöncəsi hazırlığa başlamaq məcburiyyətində olmayacaq.
Daha əvvəl "Barselona"nın Levandovski üçün 50 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. "Bavariya " isə hücumçuya görə 60 milyon avro almaq istəyir.
Qeyd edək ki, forvard ötən mövsüm "Bavariya"nın heyətində bütün yarışlarda 56 oyunda 50 qol vurub.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi