"Zirə"nin rəqibi bu futbolçu ilə müqaviləni yenilədi

"Zirə"nin rəqibi bu futbolçu ilə müqaviləni yenilədi
XƏBƏR 28 İyun 2022 / 12:40 915
-  A +

"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Makkabi" (Tel-Əviv, İsrail) futbolçusu Parfeit Giaqonla müqaviləni yeniləyib.

Qol.az xəbər verir ki, bu barədə Təl-Əviv təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klub kot-d`İvuarlı oyunçu ilə 3+1 illik sözləşmə imzalayıb.

Xatırladaq ki, ötən həftə koronavirusa yoluxan 21 yaşlı yarımmüdafiəçi 2019-ci ildən paytaxt klubunda çıxış edir. O, 2021/2022 mövsümünü icarə əsasında Netaniya "Makkabi"sində keçirib.

Qeyd edək ki, "Zirə" ilə "Makkabi" arasında iyulun 21-i "Dalğa Arena"da keçiriləcək  ilk oyun saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner