Xavi Dembele üçün tətilini dayandırdı

Xavi Dembele üçün tətilini dayandırdı
XƏBƏR 28 İyun 2022 / 09:00 2532
-  A +

"Barselona"nın baş məşqçisi Xavi Ernandes futbolçusu Usman Dembelenin klubda qalmasına görə fəallıq göstərir.

Qol.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Xavi Dembelnin meneceri və klub nümayəndələrini görüşdürmək üçün tətilini yarımçıq qoyub.

42 yaşlı mütəxəssis Dembeleni "Barselona"nın təklif etdiyi yeni müqavilənin şərtlərini qəbul etməyə inandırmaq istəyir. Bildirilib ki, Usman "Barselona" ilə müqaviləni digər klubların təklif etdiyindən daha sərfəli olmayan şərtlərlə uzatmağa hazırdır. Lakin Kataloniya təmsilçisinin son təklifi onu qane etmir.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçinin "Barselona" ilə hazırkı müqaviləsi iyunun sonuna qədərdir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner