"Zirə"nin rəqibində yeni müqavilə

"Zirə"nin rəqibində yeni müqavilə
XƏBƏR 27 İyun 2022 / 17:53 809
-  A +

"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Makkabi" (Təl-Əviv) futbolçusu Avi Rikanla yeni müqavilə imzalayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Xatırladaq ki, israilli oyunçu 2015-ci ildən paytaxt klubunda oynayır.

Qeyd edək ki, "Zirə" və "Makkabi" arasında iyulun 21-i Bakıdakı "Dalğa Arena"da keçiriləcək ilk görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab oyunu isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner