"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo komandanın yeni çalışdırıcı Erik ten Haqın baş məşqçiliyi altında çıxışından gözləntiləri barədə danışıb.
Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu "Sky Sports"a açıqlamasında deyib:
“Əlbəttə ki, karyeramı həqiqətən yüksəldən bir kluba qayıtdığım üçün xoşbəxt idim. Ona görə də buraya qayıdanda inanılmaz hisslər yaşadım. Azarkeşlər... Onların dəstəyi böyük idi. Mən burada olmaqdan çox xoşbəxt idim və indi də çox xoşbəxtəm. Azarkeşlərə deməliyəm ki, onlar heyrətamizdir. Matçlarda məğlub olsaq da, onlar bizi həmişə dəstəklədilər, hər zaman bizimlədilər. Azarkeşlər həmişə ürəyimdədir. Fanatlar hamımızın hörmət etməli olduğumuz insanlardır, çünki onlar bizim tərəfimizdədirlər. Mənim üçün ən vacibi matçlarda qalib gəlmək və bir növ çempionluq və ya kubok qazanmağa çalışmaqdır. İnanıram ki, bu, belə olacaq. Bəzən vaxt lazım olur. Amma mən yenə də inanıram. Bilirəm ki, Erik ten Haq “Ayaks”da fantastik iş görüb. O, təcrübəli məşqçidir. Lakin Ten Haqa vaxt vermək lazımdır. Hər şey onun istədiyi kimi dəyişməlidir".
Qeyd edək ki, Ten Haq aprelin 21-də "qırmızı şeytanlar"la 3 illik müqavilə imzalayıb. Şərtlərə əsasən, o, mövsümü "Ayaks"da başa vurmalı və daha sonra "Mançester Yunayted"ə qoşulmalı idi. Niderlandlı mütəxəssis bu vəzifədə Ralf Ranqniki əvəzləyib.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi