İt meydançaya qaçdı, qapıçı ilə oynadı - Video

İt meydançaya qaçdı, qapıçı ilə oynadı - Video
XƏBƏR 27 İyun 2022 / 14:00 2346
-  A +

Ötən gün Kuriko şəhərinin (Çili) “La Qranja” stadionunda Çili və Venesuelanın qadın komandaları arasında keçirilən yoldaşlıq görüşündə maraqlı anlar yaşanıb.

Qol.az xəbər verir ki, oyunun 36-cı dəqiqəsində rəngli bir it meydançaya qaçıb. Bu vaxt matç dayandırılıb.İt meydan sahiblərinin cərimə meydançasında uzanaraq Çilinin qapıçısı Kristian Endlerlə oynayıb. Daha sonra hakimə və digər futbolçulara tərəf qaçıb. Sonda o, Çili millisinin futbolçuları Yenni Acuna və Xavyera Toro tərəfindən yaxalanıb.

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. - 1:0 Qələbə qolunu görüşün sonunda Mariana Spekmeier vurub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner