De Yonq üçün razılaşdılar

De Yonq üçün razılaşdılar
XƏBƏR 27 İyun 2022 / 12:15 4214
-  A +

"Barselona"nın futbolçusu Frenkie de Yong "Mançester Yunayted"ə keçməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. İngiltərə təmsilçisi artıq "Barselona" ilə razılaşıb. "Mançester Yunayted" bu keçidə görə qarşı tərəfə 80 milyon avro ödəyəcək. Klub ümid edir ki, 25 yaşlı yarımmüdafiəçi ilə bir həftə ərzində müqavilə bağlanacaq.

Niderlandlı oyunçu isə bu transferə o qədər də müsbət yanaşmır.

Qeyd edək ki, De Yonq geridə qalan mövsüm 32 matçda 3 qol vurub və 3 qolun ötürməsini verib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner