Kapitan "Mançester Siti"ni bu kluba dəyişir

Kapitan "Mançester Siti"ni bu kluba dəyişir
XƏBƏR 27 İyun 2022 / 11:26 3616
-  A +

"Mançester Siti"nin komandadan ayrılmağa hazırlaşan kapitanı Fernandinyonun yeni klubu məlum olub

Qol.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 37 yaşlı yarımmüdafiəçi karyerasını "Atletiko Paranans"da davam etdirəcək. O, Braziliya təmsilçisi ilə iki illik müqavilə imzalayacaq.

Maraqlıdır ki, daha əvvəl Fernandinyonun gedişi xəbəri “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola üçün sürpriz olub.  O, bu məlumatlar haqqında deyib: “Bundan xəbərim yox idi, mənim üçün sürprizdir. Görək, mövsümün sonunda nələr olacaq. Nə olacağını bilmirəm”.

Xatırladaq ki, Fernandinyo 2013-cü ilin yayında 40 milyon avroya  Donetsk “Şaxtyor”undan “Mançester Siti”yə keçmişdi.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner