Emrelinin komandasından böyükhesablı qələbə

Emrelinin komandasından böyükhesablı qələbə
XƏBƏR 26 İyun 2022 / 22:50 7383
-  A +

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Sloveniya toplanışında ilk yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, Xorvatiya klubu Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə qarşılaşıb. Oyun "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Josip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurub.

Start heyətdə meydana çıxan Emreli ikinci hissədə əvəzlənib.

Qeyd edək ki, "Dinamo" 2-ci sınaq matçını iyulun 1-də  "Spartak"a (Trnava, Sloveniya) qarşı keçirəcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner