“Sabah” hazırlıq üçün bu ölkəni seçdi

“Sabah” hazırlıq üçün bu ölkəni seçdi
XƏBƏR 26 İyun 2022 / 15:15 3207
-  A +

“Sabah”ın yay hazırlıq planı bəlli olub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda hazırlığa iyunun 27-də Bakıda başlayacaq. Təlim-məşq toplanışının ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.

İyulun 17-də isə komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.

Komandanın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner