"Çelsi" rəhbərliyi Tuhelə söz verdi

"Çelsi" rəhbərliyi Tuhelə söz verdi
XƏBƏR 25 İyun 2022 / 14:56 3168
-  A +

"Çelsi"nin yay transfer pəncərəsi üçün əsas planları məlum olub. 

Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, bu həftə baş məşqçi Tomas Tuxel klubun həm sahibi, həm də idman direktoru vəzifəsini icra edən Todd Boeli ilə görüş keçirib. Rəhbərlik Tuhelə bu yay ən 6 transfer edəcəklərinə söz verib. 

London təmsiilçisi müdafiəçilər Matteyis de Liqt ("Yuventus") və Jul Kunde ("Sevilya"), həmçinin hücumçular Rəhim Sterlinq ("Mançester Siti"), Usman Dembele ("Barselona") və Riçarlisonla ("Everton") yaxından maraqlanır.

Yeni sahiblərin 2022/23 mövsümündə "Çelsi"nin qarşısına qoyduğu minimum vəzifə isə Çempionlar Liqasına düşməkdir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner