Mane: "Mən oynayanda Seneqalda heç kim işləmir"

Mane: "Mən oynayanda Seneqalda heç kim işləmir"
XƏBƏR 25 İyun 2022 / 13:59 3578
-  A +

"Bavariya"nın seneqallı hücumçusu Sadio Mane vətənindəki populyarlığından danışıb.

Qol.az xəbər verir ki, 30 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında deyib:

“Mən oynadığım gün Seneqalda heç kim işləmir. Bu, tətil kimidir. Televiziyada hamı mənə baxır. İndi mən Münhendəyəm. "Bavariya" oynayanda Seneqalda heç kim işləməyəcək. Hazırda əsas arzum "Bavariya" ilə mümkün olan bütün kubokları qazanmaqdır. Bu, həqiqətən də ən çox istədiyim şeydir". 

Qeyd edək ki, Bundesliqa klubu iyunun 22-də "Liverpul"dan Maneni transfer edib. Onunla ilə 3 illik müqavilə imzalanıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner