Mbappe: "Məqsədim iz qoymaqdır"

Mbappe: "Məqsədim iz qoymaqdır"
XƏBƏR 25 İyun 2022 / 09:19 2028
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe klub rəhbərliyinin ona qarşı isti münasibəti barədə danışıb. 

Qol.az xəbər verir ki, daha əvvəl prezident Nasser Əl-Xəlaifi onu qələbə qazanmaq istəyən fantastik oyunçu adlandırıb. 23 yaşlı forvard isə "RMC Sport"a açıqlamasında bu haqdan fikirlərini bölüşüb:

“Əlbəttə ki, bu sözlərin prezidentdən gəldiyini nəzərə alsaq, bu mənə təsir etdi. Amma PSJ məndən əvvəl də olub, məndən sonra da olacaq. Hər kəs bilir ki, mənim məqsədim klubun tarixində bir iz qoymaqdır. Lakin PSJ -nin öz siması var və mən sadəcə bu evə öz kərpicimi əlavə edirəm".


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner