Mehriban Əliyeva idmançıları təbrik etdi

Mehriban Əliyeva idmançıları təbrik etdi
XƏBƏR 24 İyun 2022 / 19:20 1992
-  A +

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib.

Qol.az xəbər verir ki, təbrikdə deyilir: 

“Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm. Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur. Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram”.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner