Azərbaycanda UEFA-nın yarışı başladı

Azərbaycanda UEFA-nın yarışı başladı
XƏBƏR 23 İyun 2022 / 21:10 3318
-  A +

Azərbaycanda təşkil olunan UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, açılış matçında ilkin mərhələnin 1-ci qrupunda yer alan Gürcüstanın “Basiani” və Estoniyanın “Tallinna Zapoos” komandaları üz-üzə gəlib. Oyun Gürcüstan təmsilçisinin qələbəsiylə başa çatıb - 3:1.

Azərbaycanı bu turnirdə təmsil edəcək Region Liqasının 2021/22 mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərəhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos”la qarşılaşacaq. Bu komandalar arasındakı ilk matç sabah Şamaxı şəhər stadionunda olacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

23 iyun

UEFA Region Liqası
İlkin mərhələ, 1-ci qrup

"Basiani" (Gürcüstan) – "Tallinna Zapoos" (Estoniya) - 3:1
Baş hakim:
David Smayc (Sloveniya), Da vid Qabroveç (hər ikisi Sloveniya), Elşad Abdullayev, Elçin Məsiyev (hər ikisi Azərbaycan).
ASK Arena.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner