Cenk Tosunun yeni klubu bilindi

Cenk Tosunun yeni klubu bilindi
DÜNYA FUTBOLU 23 İyun 2022 / 20:18 7860
-  A +

Türkiyə millisinin üzvü Cenk Tosun yenidən ölkəsinə qayıdıb.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını “Beşiktaş”da davam etdirəcək.

“Everton”dan ayrılan futbolçu İstanbul klubuna azad agent statusu ilə keçəcək. Onun gələn həftə "Beşiktaş"la 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 2014-2018-ci illərdə “Beşiktaş”da çıxış edən Cenk Tosun ötən il də qısa müddət bu klubda icarə əsasında oynayıb.


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır