"Barselona" bu yay mümkün transferlə bağlı Luis Suarezlə əlaqə saxlayıb.
Qol.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu uruqvatlı hücumçunun "Atletiko"dan ayrılacağını öyrənən kimi onun geri dönüşünü müzakirə etmək üçün futbolçu ilə əlaqə saxlayıb.
Eyni zamanda, "Barselona" Suaresə onun klub üçün ehtiyat variant olduğunu bildirib. Ondan avqusta qədər gözləməsini istəyiblər. Çünki klubun əsas məqsədi "Bavariya"nın hücumçusu Robert Levandovskini almaqdır.
Suarez təklifə görə keçmiş klubuna təşəkkür edib və təkliflə razılaşmayıb. O, "Sevilya", "Vilyarreal " və " River Pleyt"dən konkret təkliflər aldığını və avqusta qədər gözləmək istəmədiyini deyib.
Qeyd edək ki, 35 yaşlı forvard ötən mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə verib.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir