PSJ-yə qarşı məhkəmə işi açıla bilər

PSJ-yə qarşı məhkəmə işi açıla bilər
XƏBƏR 16 İyun 2022 / 17:16 1546
-  A +

UEFA PSJ-nin maliyyə durumunu və hesabatlarını araşdırır. 

Qol.az xəbər verir ki, bu barədə L'Equipe" məlumat yayıb. Qurum bir neçə həftə əvvəl Paris klubuna məlumat sorğusu göndərib. Lakin rəsmi prosedurlar hələ başlamayıb.  Bildirilir ki, La Liqanın PSJ-ni şikayəti etməsindən bir neçə həftə əvvəl də klub nəzarət orqanının yoxlamasında olub. 

UEFA ilə əməkdaşlıq edən, lakin ondan asılı olmayaraq fəaliyyət göstərən nəzarət orqanı ICFC parislilərin hazırkı maliyyə vəziyyəti ilə bağlı araşdırma aparacaq. Təhlillərin nəticələrinə əsasən, kluba qarşı işin açılmasının zəruri olub-olmaması ilə bağlı qərar veriləcək.  

Maliyyə təhlilinin başa çatacağı tarix hazırda məlum deyil.

Qeyd edək ki, La Liqa rəhbərliyi PSJ-ni maliyyə qaydalarını pozmaqda ittiham edərək UEFA-ya şikayət edib. 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner