"Barselona" onunla razılaşdı

"Barselona" onunla razılaşdı
XƏBƏR 16 İyun 2022 / 15:30 3117
-  A +

"Barselona" yarımmüdafiəçisi Qavi ilə yeni müqavilə imzalamağa yaxındır.

Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Kataloniya klubunun nümayəndələri ilə futbolçunun meneceri İvan de la Penya arasında bugünkü görüş uğurlu alınıb. Tərəflər artıq razılaşıblar. 

İspan futbolçu "Barselona" ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq. Müqaviləyə 1 milyard avroluq təzminat maddəsi daxildir. 

Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Brselona"nın heyətində 46 oyunda 2 qol vurub və 5 qolun ötürməsini verib.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner