Dibala ilə 4 illik müqaviləyə razılaşdılar

Dibala ilə 4 illik müqaviləyə razılaşdılar
XƏBƏR 15 İyun 2022 / 11:13 5789
-  A +

"Yuventus"dan ayrılan Paulo Dibalanın "İnter"lə keçəcəyi və tərəflərin yaxında müqavilə imzalayacağı dəqiqləşib.

Qol.az xəbər verir ki, bu barədə "Football İtaliya" məlumat yayıb. 28 yaşlı hücumçu yaxında Milan təmsilçisi ilə 4 illik sözləşməyə qol çəkəcək. O, illik 6 milyon avro qazanacaq. Bonuslar daxil olmaqla bu məbləğ 8 milyon avroya yüksələcək. 

Qeyd edək ki, Dibalanın "Yuventus"dan ayrıldığı təsdiqlənib. Lakin o, iyunun 30-da müqaviləsi başa çatandan sonra azad agent kimi "İnter"ə keçəcək.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner