“Real”ın bir çox futbolçusu və sabiq oyunçusu Marselonun “kral klubu”ndan ayrılması barədə fikirlərini bölüşüblər.
Qol.az xəbər verir ki, onlar bu haqda öz sosial şəbəkə hesablarında yazıblar. Hazırda “Mançester Yunayted”in formasını geyinən Kriştiano Ronaldo Marseloya belə müraciət edib: “Sən mənim üçün bir komanda yoldaşından daha artıqsan, futbolun mənə verdiyi qardaşsan. Marselo meydanda və meydandan kənarda, paltardəyişmə otağını paylaşmaqdan zövq aldığım ulduzlardan biridir. Bu yeni macəranda hər şeyin öhdəsindən gəlməyini arzulayıram, Marselo!”
Madrid təmsilçisinin keçmiş qolkiperi İkser Kasilyas da Marselonun ünvanına xoş sözlər yağdırıb: “Sən “Real”a uşaq ikən gəlmişdin. Neçə dəfə “Marseluooo, geri qayıt!” deyə qışqırmışam. Belə bir əfsanə olduğun üçün təşəkkür edirəm. Səni bağrıma basıram və gələcəyin üçün ən yaxşısını diləyirəm”.
Hazırda da “Real”ın şərəfini qoruyan Toni Kroos da 34 yaşlı müdafiəçiyə vida mesajı yazıb: “Bütün dövlərin ən yaxşı sol cinah müdafiəçisi ilə oynadığımı deyə bilərəm”.
La Liqa klubunun gənc forvardı Vinisius Junior isə Marselo ilə oynamaqdan zövq aldığını bildirib: “Səninlə birlikdə futbol oynamaq və səndən öyrənmək böyük bir zövq idi”.
Qeyd edək ki, 15 ildir "Real"da çıxış edən braziliyalı müdafiəçi "kral klubu"nun heyətində ümumilikdə 545 oyuna çıxıb, 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Klub tarixində ən çox - 25 titul qazanan futbolçu İspaniya çempionatında 6, kubokda 2, Superkubokda 5 uğura sevinib. O, 5 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Superkubokunda, 4 dəfə klublararası dünya çempionatında qalib olub.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur