Mini futbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək.
Qol.az-ın xəbərinə görə, konsert iyunun 15-i saat 19:00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) olacaq. Milli komandanın iştirakı ilə keçiriləcək konsertin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Mini futbol Federasiyası, “Zirə” Peşəkar Futbol Klubudur.
Konsert proqramında rəsmi şəxslər və mini futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər.
Xatırladaq ki, Slovakiyada keçirilmiş Avropa çempionatında mini futbol üzrə milli komandamız qalib gəlib. Millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu