Kvabena yenidən Türkiyə klubunda?

Kvabena yenidən Türkiyə klubunda?
XƏBƏR 14 İyun 2022 / 09:47 4832
-  A +

"Qarabağ"ın futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sakaryaspor" 24 yaşlı hücumçu ilə maraqlanır.Türkiyə 1-ci liqasına yüksələn klubun qanalı oyunçuya təklif göndərdiyi bildirilib. "Sakaryaspor"un Kvabenanı icarəyə götürmək istədiyi vurğulanıb. Ancaq "Qarabağ"ın oyunçunu birdəfəlik sata biləcəyi iddia olunub.

Qeyd edək ki, O.Kvabena ötən mövsüm icarə əsasında "Ankaragücü"ndə oynayıb. O, dünən "Qarabağ"ın düşərgəsinə qayıdıb.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner