"Arsenal"ın təklifi rədd edildi

"Arsenal"ın təklifi rədd edildi
XƏBƏR 13 İyun 2022 / 17:51 2313
-  A +

"Arsenal" "Napoli"nin hücumçusu Viktor Osimheni almaqda israrlıdır.

Qol.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. London klubu 23 yaşlı futbolçu üçün 60 milyon avro təklif edib. Lakin "topçular" dərhal rədd cavabı alıb. "Napoli" bütün maraqlı klublara Osimhenin 100 milyon avrodan aşağı qiymətə satılmasını müzakirə etməyəcəklərini açıqlayıb.

Qeyd edək ki, Osimhen geridə qalan mövsüm A Seriyasında 27 matçda 14 qol vurub. 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner