"Azərbaycan necə oynamaq lazım olduğunu yaxşı bilir" - Belaruslu futbolçu

"Azərbaycan necə oynamaq lazım olduğunu yaxşı bilir" - Belaruslu futbolçu
XƏBƏR 12 İyun 2022 / 19:24 3242
-  A +

"Əhval-ruhiyyəmiz o qədər də yüksək deyil. Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi".

Qol.az xəbər verir ki, bu sözləri Belarus millisinin üzvü Ruslan Yudenkov Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Azərbaycanla matçdan öncə keçirilən mətbuat konfransında deyib. 35 yaşlı müdafiəçi fikirlərinə belə davam edib:

"Sabah bizim üçün ən vacib oyundu. Gördüyüm qədərilə Azərbaycan oyun strukturu olan, yaxşı komandadı. Onlar necə futbol oynamaq lazım olduğunu yaxşı bilirlər. Topa sahib olmağı sevirlər. İlk oyunumuzu da götür-qoy etmişik. Necə olacağını sabah görəcəyik".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus görüşü saat 20:00-da başlayacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner