Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Millətlər Liqasının 4-cü turunda sabah Azərbaycanla keçirəcəkləri matçdan öncə mətbuat konfransı təşkil edib:
- Bakıya hansı əzmlə, hansı istəklə gəlmisiz?
- Bütün oyunlara eyni istəklə yanaşırıq. Hər oyunda istəyimiz eynidir. Bakıya da eyni istəklə gəlmişik.
- Sabah Azərbaycan millisinə qalib gələ bilərsiniz?
- Bir neçə gün əvvəl Azərbaycanla oynamışdıq. Onları yaxşı tanıyırıq. Eyni səviyyədə olan komandalardır. Onsuzda qrupun digər komandaları da eyni gücdədirlər. Bu cür matçlarda oyunun taleyini kiçik epizodlar həll edir.
- Azərbaycanda həmyerliniz Aleksey Baqa çalışır. Onunla fikir mübadiləsi aparmışdınız?
- Onunla danışmaq imkanı var idi. Amma mən yox, köməkçilərim danışıb.
- Uğursuz nəticələrə görə Azərbaycanda həm Canni De Byazi, həm də milli tənqid edilir. Sizdə də vəziyyət eynidir?
- Elə bizdə də vəziyyət eynidir. Tənqid kifayət qədər çoxdur. Hərdən elə təəssürat yaranır ki, sanki mən Braziliya millisini çalışdırıram.
- Qrupdakı bütün komandalarla artıq qarşılaşmısınız. İlkin sıramalarını necə görürsüz?
- Sabah çox vacib oyun olacaq. Ümumiyyətlə, sabah çox həlledici turdur. Çünki ikinci dövrəyə başlayırıq. Hələ ki, heç nəyə aydınlıq gəlməyib.
- Sizi sovet dönəmindən yaxşı hücumçu kimi tanıyırıq. Bakı səfərlərini necə xatırlayırsınız? “Neftçi”də sizin üçün ən arzuolunmaz müdafiəçilər kimlər idi?
- Sizin yaxşı müdafiəçiləriniz var idi. Yaşar Vahabzadənin, Asim Xudiyevin adını çəkə bilərəm. Onlara qarşı oynamaq heç də asan olmayıb. Hətta bəzi futbolçularınızla dostluq münasibətlərim qalıb. Bu sırada İsgəndər Cavadovun adını çəkə bilərəm. Oyunlarımız çox yaxşı keçirdi. Azərbaycana səfər etmək hər zaman xoşdur.
Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus görüşü saat 20:00-da başlayacaq.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video