Zidan PSJ-dən imtina etdi

Zidan PSJ-dən imtina etdi
XƏBƏR 12 İyun 2022 / 17:48 5162
-  A +

PSJ Zinəddin Zidanı baş məşqçi təyin etmək cəhdlərindən əl çəkmir.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu həftə Fransa millisinin keçmiş yarımmüdafiəçisi Paris komandasına rəhbərlik etmək təkliflərindən imtina edib. Tərəflər razılığa gələ bilməyib. Bununla belə, klubun qətər sahibləri bu ideyadan əl çəkməyəcək. Onlar Zidanla əməkdaşlığı prioritet hesab edirlər.

Eyni zamanda, klubun yeni futbol müşaviri Luis Kampos , hazırda "Nitsa"da çalışan Kristof Qaltyenin PSJ-nin baş məşqçisi olmasında israr etməyə davam edir .

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, parislilər baş məşqçi Maurisio Poçettino ilə müqaviləni pozmaq barədə razılığa gəliblər.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner