"Formula 1": Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi

"Formula 1": Azərbaycan Qran-prisinin qalibi müəyyənləşdi
XƏBƏR 12 İyun 2022 / 16:50 3276
-  A +

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibinin adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu, "Red Bull"dan Maks Ferstappen olub.  Onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü yeri tutub. Rassellin komanda yoldaşı, 7 qat dünya çempionu Lüis Hemilton 4-cü yerlə kifayətlənib.

Qeyd edək ki, "Ferrari"dən Şarl Lekler və Karlos Sayns, "Haas"dan pilotu Kevin Maqnussen, "Alfa Romeo"nun üzvü Çjou Quanyuy və "Aston Martin"dən Lans Stroll yarışı sonadək davam etdirə bilməyiblər. 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner