Namik "Bursaspor"dan rəsmən ayrıldı

Namik "Bursaspor"dan rəsmən ayrıldı
XƏBƏR 12 İyun 2022 / 10:24 5012
-  A +

Millimizin üzvü Namik Ələskərov "Bursaspor"dan rəsmən ayrılıb.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin Bursa təmsilçisindən ayrılması artıq Türkiyə Futbol Federasiyası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, N.Ələskərov ötən ilin yayı "Bursaspor"a transfer olunmuşdu. Komanda 2021/2022 mövsümünü Türkiyə 1-ci liqasında 17-ci pillədə başa vurub və 2-ci liqaya düşmüşdü. Reqlamentə əsasən, Türkiyə 2-ci liqasında legioner futbolçu oynaya bilməz. Bu səbəbdən klub legionerlərlə yolları ayıracağını açıqlamışdı.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner