"Real" yarımmüdafiəçi transfer etdi - Yenilənib

"Real" yarımmüdafiəçi transfer etdi - Yenilənib
XƏBƏR 11 İyun 2022 / 16:26 3912
-  A +

"Real" "Monako"dan Aurelien Tçouameninin keçidini tamamlayıb.

Qol.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Madrid klubunun transferi bu gün elan edəcəyi gözlənilir .

Klublar və futbolçu arasında keçidin detalları ilə bağlı bütün işlər yekunlaşıb. 22 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avrodan çox pul ödəniləcək. Fransız oyunçu ilə 2028-ci ilə qədər müqavilə imzalanacaq.

Qeyd edək ki, geridə qalan mövsüm Tçouameni "Monako"nun heyətində 50 oyunda 5 qol vurub.

                                                *                 *                   *

"Real" "Monako"dan Aurelien Tçouameninin transferini açıqlayıb. 

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner