Beyl: "Pulu yox, futbolçuları düşünməlisiniz"

Beyl: "Pulu yox, futbolçuları düşünməlisiniz"
XƏBƏR 11 İyun 2022 / 13:50 2136
-  A +

Uels millisinin və "Real"ın futbolçusu Qaret Beyl sıx oyun təqvimindən şikayətlənib. 

Qol.az BBC-yə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi deyib: 

“Futbol rəhbərləri oyunçuların qayğısına qalmalıdırlar. Futbolçusuz məhsul yoxdur. Uzun müddətdə bu sıx təqvimin mənfi nəticələri ortaya çıxacaq. İnsan orqanizmi ildən-ilə belə təqvimlə ayaqlaşa bilmir. Nəyisə dəyişmək lazımdır, futbol rəhbərliyi nəsə görməlidir. Amma təəssüf ki, burada pul var, onlar pul qazanırlar. Oyunçuların rifahı naminə, fikrinizi puldan uzaqlaşdırmalısınız". 


Son xəbərlər
topaz banner