"Azərbaycanla oyunda bəxtim gətirmədi"

"Azərbaycanla oyunda bəxtim gətirmədi"
XƏBƏR 11 İyun 2022 / 11:48 1485
-  A +

 Slovakiya millisinin futbolçusu Lukaş Haraslin UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında deyib:  "Qələbə qazandığımız üçün sevinirəm. Qazaxıstanla matçdakı məğlubiyyətdən sonra fərqlənmək istəyirdim. Amma bəxtim gətirmədi”.
 
Xatırladaq ki, Haraslin millimizlə qarşılaşmanın 85-ci dəqiqəsində topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb.


Son xəbərlər
topaz banner