Vladimir Vayss: "Oyunun asan olmayacağını bilirdik"

Vladimir Vayss: "Oyunun asan olmayacağını bilirdik"
XƏBƏR 10 İyun 2022 / 22:57 1632
-  A +

Slovakiya millisinin futbolçusu Vladimir Vayss UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Oyunun asan olmayacağını bilirdik. 90 dəqiqə də bunu təsdiqlədi. Qol vuracağımıza inanırdıq. Şadam ki, bu baş verdi. Qrupun favoriti olduğumuzu bilirik. Təəssüf ki, bu yaxınlarda baş məşqçimiz istefaya göndərildi. Buna baxmayaraq, gücümüzü göstərdik".


Son xəbərlər
topaz banner