Gənclər və idman naziri və “Zirə” Futbol Klubunun fəxri prezidenti mini-futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb
Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız dünən 1/4 final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək(1:0) yarımfinala vəsiqə qazanıb.
Qol.az xəbər verir ki, iyunun 10-da Gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.
Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.
Xatırladaq ki, yarımfinalda Qazaxıstanla qarşılaşacaq millimizin matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında start götürəcək.


PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu