"Barselona"nı xilas etmək üçün 500 milyon avro lazımdır"

"Barselona"nı xilas etmək üçün 500 milyon avro lazımdır"
XƏBƏR 10 İyun 2022 / 15:27 2409
-  A +

“Barselona” maliyyə cəhətdən kritik durumdadır. 

Qol.az xəbər verir ki, bu barədə Kataloniya klubunun iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduard Romeu “Diario Sport”a bildirib:

“Vəziyyət hələ də kritikdir. Lakin ötən illə müqayisədə bizim üstünlüyümüz var. Hansı mövqedə olduğumuzu bilirik və mövcud problemləri müəyyən etmişik”. 

Romeu jurnalistin “Bu problemdən çıxmaq üçün nə qədər pul lazımdır” – sualını belə cavablayıb: “Ən böyük zərər mövcud disbalansdan qaynaqlanır. Bizim kəsirimiz 500 milyon avrodur. Heç nə etməsəydik, bu məbləğə daha 150 milyon avro əlavə oluna bilərdi. 500 milyon avro “Barselona”nı xilas etmək üçün kifayətdir”.


Son xəbərlər
topaz banner