"Azərbaycan millisi topla yaxşı oynayır" - Samuel Slovak

"Azərbaycan millisi topla yaxşı oynayır" - Samuel Slovak
XƏBƏR 9 İyun 2022 / 18:36 2983
-  A +

"Baş məşqçi istefası asan vəziyyət deyil. Buna baxmayaraq, biz peşəkarıq. Mövcud vəziyyəti idarə etməliyik və inanmalıyıq. Qarşıya qoyulan məqsədə doğru irəliləməliyik". 

Qol.az xəbər verir ki, bu sözləri Slovakiya millisində  baş məşqçi səlahiyyətlərini icra idən Samuel Slovak  UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycanla sabahkı səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. 

O, Azərbaycan millisinin yaxşı müdafiə olunduğunu bildirib: "Topla yaxşı oynayırlar.  Texniki cəhətdən yaxşıdırlar. Rəqibə hörmətlə yanaşırıq. Ancaq biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik. Qələbə qazanmaq istəyirik".


Son xəbərlər
topaz banner