“Cəbrayıl”ın UEFA Region Kubokundakı rəqibi müəyyənləşdi

“Cəbrayıl”ın UEFA Region Kubokundakı rəqibi müəyyənləşdi
XƏBƏR 9 İyun 2022 / 15:21 5519
-  A +

UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək “Cəbrayıl”ın rəqibi müəyyənləşib.

Qol.az xəbər verir ki, Cavid Hüseynovun baş məşqçisi olduğu komanda yarışın ilkin mərhələsində Belarus “Kolos”u ilə üz-üzə gələcək. Bu komandalar 2-ci qrupda yarışacaqlar. Oyunlar Şamaxı Olimpiya Kompleksində keçiriləcək.

1-ci qrupun matçları isə Bakıda “Ask Arena”da təşkil olunacaq. Həmin qrupda “Basiani” (Gürcüstan), "Kaskelen" (Qazaxıstan) və "Tallina Zapoos" (Estoniya) mübarizə aparacaqlar.

Qrup matçları 23-29 iyunda keçiriləcək. Qrupun iki qalibi arasında keçiriləcək oyundan sonra qalibin növbəti mərhələdə hansı qrupda oynayacağı qətiləşəcək.


Son xəbərlər
topaz banner