Laporta Levandovskiyə təşəkkür etdi

Laporta Levandovskiyə təşəkkür etdi
XƏBƏR 9 İyun 2022 / 12:57 4744
-  A +

"Barselona"nın rəhbərliyi "Bavariya"nın futbolçusu Robert Levandovskinin klubdan ayrılmaq istədiyi ilə bağlı verdiyi açıqlamadan razı qalıb.

Qol.az xəbər verir ki, bu barədə "Sport1.de" məlumat yayıb. Kataloniya təmsilçisinin prezidenti Joan Laporta bir neçə gün əvvəl Levandovskinin menecerinə zəng vurub və açıqlamaya görə təşəkkür edib.

Qeyd olunur ki, Levandovskinin mövqeyi dəyişməz olaraq qalır. O, həqiqətən də "Bavariya"dan ayrılmaq istəyir. Robert ümid edir ki, Münhen klubu onu başa düşəcək və mövsümöncəsi hazırlıq başlamazdan əvvəl ona "Barselona"ya keçmək imkanı verəcək.


Son xəbərlər
topaz banner