Millimizlə görüşə 2 mütəxəssislə çıxacaqlar

Millimizlə görüşə 2 mütəxəssislə çıxacaqlar
XƏBƏR 8 İyun 2022 / 12:49 1731
-  A +

Slovakiya millisi Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycanla oyuna 2 mütəxəssisin rəhbərliyi ilə çıxacaq.

Qol.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Komandaya qarşıdakı iki görüşdə Qazaxıstanla matçdan sonra (0:1) istefaya göndərilən Ştefan Tarkoviçin əvəzinə  Samuel Slovak və Marek Mintal rəhbərlik edəcək. Yığmanın yeni baş məşqçisinin adına isə yay aylarında aydınlıq gələcək.

Qeyd edək ki, Slovakiya millisi iyunun 10-da Azərbaycanın, 3 gün sonra Qazaxıstanın qonağı olacaq. 

Daha çox


Son xəbərlər
topaz banner