"Real" Modriçlə müqavilə imzaladı

"Real" Modriçlə müqavilə imzaladı
XƏBƏR 7 İyun 2022 / 21:58 141393
-  A +

"Real" futbolçusu Luka Modriçlə müqaviləni uzadıb. 

Qol.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb. Lakin Madrid təmsilçisi sabah 36 yaşlı yarımmüdafiəçi ilə sözləşməni rəsmən elan edəcək. 

Xatırladaq ki, Modriç bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 45 oyunda 3 qol vurub və 12 qolun ötürməsini verib. O, 2012-ci ildən "kral klubu"nun formasını geyinir. 

Daha çox


Son xəbərlər
topaz banner