U-19 yığmamızdan heç-heçə

U-19 yığmamızdan heç-heçə
XƏBƏR 7 İyun 2022 / 20:22 3030
-  A +

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Qol.az xəbər verir ki,  Qəbələ şəhər stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Cavad Kərimov fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyunun 10-da keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner