Millimizlə oyun öncəsi istefaya göndərildi - Rəsmi

Millimizlə oyun öncəsi istefaya göndərildi - Rəsmi
XƏBƏR 7 İyun 2022 / 18:57 4156
-  A +

Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən biri olan Slovakiya millisi baş məşqçisi Ştefan Tarkoviçi istefaya göndərib.

Qol.az Slovakiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bu qərar verilib. Bu qərarın verilməsinin səbəbi yığmanın qeyri-kafi nəticələri və qeyri-qənaətbəxş çıxışları olub. 

Slovakiya millisinə növbəti oyunlarda Samuel Slovak - Marek Mintal cütlüyünün başçılıq edəcəyi vurğulanıb.

Qeyd edək ki,  iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner